Sayt hazırlanma mərhələsindədir.

Jurnalın rəsmi internet saytı istifadəyə verildi

news image

Jurnalın rəsmi internet saytı istifadəyə verildi

2026-02-24 19:21:03

“Azərbaycan Etnologiyası (Elmi əsərlər)” jurnalının rəsmi internet saytı istifadəyə verilmişdir.

 

Yeni yaradılmış cari sayt jurnalın fəaliyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması, elmi nəticələrin operativ şəkildə yayılması və müəlliflər üçün məqalə təqdim etmə prosesinin daha əlçatan və rahat şəkildə həyata keçirilməsi məqsədilə hazırlanmışdır.

 

Sayt vasitəsilə istifadəçilər jurnal haqqında ümumi məlumat əldə edə, redaksiya heyəti, məqalə qəbul qaydaları və nəşrin əsas istiqamətləri ilə tanış ola, həmçinin jurnalın nəşr olunmuş nömrələrinə və dərc edilmiş məqalələrə çıxış əldə edə bilərlər.

 

Eyni zamanda, sayt vasitəsilə müəlliflər üçün məqalələrin elektron qaydada təqdim edilməsi və redaksiya ilə əlaqə imkanları da təmin edilmişdir.

 

“Azərbaycan Etnologiyası (Elmi əsərlər)” jurnalı etnologiya, etnoqrafiya və bu sahələrlə əlaqəli elmi istiqamətlər üzrə aparılan tədqiqatların nəticələrinin dərc olunmasına xidmət edir və ildə iki dəfə nəşr olunur.

https://az-ethnology.az/